Maddənin tərkib və xassələrinin dəyişməsi ilə baş verən hadisəyə kimyəvi hadisə və ya kimyəvi reaksiya deyilir.
    Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir.
    Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur:
    1) istiliyin ayrılması və ya udulması; 2) işığın ayrılması; 3) rəngin dəyişməsi;
4) çöküntünün əmələ gəlməsi və ya itməsi; 5) qaz halında maddənin ayrılması;
6) iyin çıxması.
   Kimyəvi reaksiyaların baş verməsi üçün reaksiyaya daxil olan maddələr bir-biri ilə təmasda olmalı və əksər hallarda qızdırılmalıdır. Bərk maddələrin xırdalanması və qarışdırılması reaksiyanın başlanmasına kömək edir və reaksiyanı sürətləndirir.
    Kimyəvi reaksiyanın gedişinin əmsallar və formullar vasitəsilə şərti yazılışına kimyəvi tənlik deyilir. Kimyəvi tənliklər tərtib edilərkən maddə kütləsinin saxlanması və maddə tərkibinin sabitliyi qanunlarından istifadə edilir. Hər tənlik ox işarəsi ilə birləşmiş iki hissədən ibarətdir. Sol tərəfdə reaksiyaya girən maddələrin, sağ tərəfdə isə reaksiya nəticəsində alınan maddələrin formulları yazılır:
    2H2 + O2 → 2H2O
    Kimyəvi reaksiyaları müxtəlif əlamətlərinə görə aşağıdakı kimi təsnif edirlər:
    Reaksiya zamanı keçirilən (daşınan) hissəciyin təbiətinə görə:
    Protolitik reaksiyalar
    Oksidləşmə-reduksiya reaksiyaları
    Liqanddəyişmə reaksiyaları
    Atom-molekulyar dəyişmə reaksiyaları
    Başlanğıc maddələrin və reaksiya məhsullarının sayı və tərkibinə görə:
    Birləşmə
    Parçalanma
    Əvəzetmə
    Dəyişmə
    Keçirilmə (daşınma)
    İstilik effektinə görə:
    Endotermik
    Ekzotermik
    Prosesin dönərliyinə görə:
    Dönər reaksiyalar
    Dönməyən reaksiyalar
    Reaksiyada iştirak edən fazaların sayına görə:
    Homogen və heterogen reaksiyalar
    Reagentlərin və reaksiya məhsullarının aqreqat halına görə:
    Qazlar arasında gedən reaksiyalar
    Məhlullar arsında gedən reaksiyalar
    Bərk maddələr arasında gedən reaksiyalar
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png