XIX əsrin başlanğıcına qədər kimyada müxtəlif maddələrin çəki tərkibi haqqında böyük təcrübi material toplanmışdı. Fransız alimi J.Prust bu materialları ümumiləşdirdikdə belə bir nəticəyə (1799-1808) gəlmişdir: "birləşmə ... elə bir məhsuldur ki, təbiət ona sabit tərkib vermişdir".
    Prustun kəşf etdiyi tərkibin sabitliyi qanunu belə ifadə olunur: hər bir kimyəvi birləşmə, alınması üsulundan asılı olmayaraq, tərkibcə sabitdir, yəni həmişə bir-biri ilə tam müəyyən çəki nisbətində birləşmiş eyni elementlərdən ibarətdir.
    Kimyanın sonrakı inkişafi göstərdi ki, həm sabit tərkibli, həm də dəyişkən tərkibli maddələr mövcuddur. Dəyişkən tərkibə malik olan qeyri-molekulyar quruluşlu Prust qanununa tabe deyillər. Odur ki, tərkibin sabitliyi qanununu daha dəqiq belə ifadə etmək olar:
    Molekulyar quruluşlu istənilən saf maddə alınma üsulundan asılı olmayaraq sabit vəsfi və miqdari tərkibə malikdir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png