Kimyəvi reaksiya haqqında əsas məlumatları əldə etmək üçün onun sürətini bilmək vacibdir. reaksiya sürətinin təyin edilməsi ilə kimyəvi kinetika məşğul olur.
    Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan katalizator iştirakından və s.-dən asılıdır.
    Reaksiyanın sürəti reaksiyaya daxil olan və reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının zaman vahidi ərzində dəyişməsi ilə xarakterizə olunur. Məsələn reaksiyanın sürətininin dəqiqədə 0,5 mol/l olması həmin zaman vahidində reaksiyaya daxil olan maddələrin qatılığının 1 litrdə 0,5 mol azalması deməkdir.
    Homogen sistemdə reaksiya bütün həcmdə gedir. Heterogen sistemdə isə hissəciklər yalnız fazaların səthində qarşılıqlı təsirdə olur. Bununla əlaqədar olaraqhomogen və heterogen reaksiyaları sürətləri müxtəlif cür təyin edilir.
    Homogen reaksiyanın sürəti vahid zamanda və vahid həcmdə reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddələrdən birinin maddə miqdarının dəyişməsi ilə ifadə olunur: vhomog=Δν/VΔτ
    Heterogen reaksiyanın sürəti isə vahid zamanda fazalararası vahid səthdə reaksiyay daxil olan və ya alınan maddələrdən birinin maddə miqdarının dəyişməsi ilə ifadə olunur: vheterog=Δν/SΔτ  
    Reaksiyanın sürəti həmçinin sistemin müəyyən bir göstəricisinin (rəngin, elektrik keçiriciliyinin, təzyiqin və s.) dəyişmə sürətinə görə də müəyyən edilə bilər.
    Kimyəvi reaksiyanın sürəti vaxt keçdikcə zəifləyir. Bu onunla əlaqədardır ki, vaxt keçdikcə, məhlulda reaksiyaya daxil olan molekulların sayı bir qayda olaraq azalır.
    Kütlələrin təsiri qanununa əsasən reaksiyaya daxil olan maddələrin qatılığının artırılması reaksiya sürətini artırır.
    Qaz fazada gedə reaksiyaların sürətinə təzyiqin artması müsbət təsir göstərir.
    Kimyəvi reaksiyanı sürətinə katalizatorlar güclü təsir göstərir.
    Temperaturun artmasıyla kimyəvi reaksiyanın sürəti adətən sıçrayışla artır.
    Reaksiya sürəti ilə temperatur arasındakı asılılığı ifadə etmək üçün Arrenius (1899) aşağıdakı tənliyi müəyyən etmişdir:
    d ln k / d T = A / RT2
    burada k-reaksiyanın sürət əmsalı, T- mütləq temperatur, R - universal qaz sabiti, A - aktivləşmə enerjisidir.
    Reaksiyada iştirak edən maddələrin bir molundakı molekulların reaksiyaya daxil olması üçün vacib olan enerjiyə aktivləşmə enerjisi deyilir.
    Kimyəvi reaksiyanın sürəti ilə temperatur arasındakı asılılığa dair Vant-Hoff (1884) qaydası da məlumdur. Bu qayda aşağıdakı kimi ifadə olunur:
    Bir çox hallarda sistemin temperaturunun 10 0C atması nəticəsində kimyəvi reaksiyanın sürəti təxminən 2-4 dəfə artır:

 

[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png