Maddə kimyanın əsas anlayışı olmaqla yanaşı, ilk növbədə bu elmin tədqiqat obyektidir. Maddə fiziki cismin tərkibidir və materiyanın sükunət kütləsinə malik olan növüdür. Hər bir maddə öz xassələrinə görə digər maddələrən fərqlənir. Lakin maddələr arasında oxşar xassələr də mövcuddur. Odur ki, kimyada maddələr ayrı-ayrılıqda deyil, daha çox müəyyən xassələrə görə təsnif olunmuş şəkildə oyrənilir.
    Maddələrin təbiətdə tapılmasına görə onları belə təsnif edirlər:
    Saf maddələr
    Qarışıqlar
    Bərk halda kristal qəfəslərinin quruluşuna görə görə:
    Molekulyar quruluşlu maddə
    Qeyri-molekulyar quruluşlu maddə
    Tərkibindəki atomların müxtəlifliyinə görə:
    Bəsit maddə
    Mürəkkəb maddə
    Canlı təbiət məhsulu olmasına görə:
    Qeyri-üzvi maddə
    Üzvi maddə
    Maddələrin tərkibi kimyəvi formullar vasitəsilə təsvir edilir. Kimyəvi formul maddənin miqdari və vəsfi tərkibinin kimyəvi işarələrlə və indekslərlə yazılışıdır:
    Məsələn, HCl - hidrogen xlorid, H2O - su, O2 - oksigen qazı, NH4OH - naşatır spirti. Bu cür formullar maddədə atom və ionların düzülüş ardıcıllığını əks etdirmir, yalnız elementin oksidləşmə dərəcəsini (valentliyini) göstərir. Belə formullar qrafik formul və ya empirik formul adlanır.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png