Maddə kütləsinin saxlanması qanunu
1748-ci ildə rus alimi Lomonosov tərəfində nəzəri şəkildə kəşf edilib.
Lomonosov özünün molekulyar-atomistik təsəvvürləri əsasında belə bir ümumi
nəticəyə gəlmişdir: "... təbiətdə baş verən bütün dəyişikliklərdə hər hansı
cisimdən nə qədər maddə alınırsa, eyni miqdarda maddə başqa cismə əlavə
olunur. Deməli, bir yerdə materiya azalırsa, başqa bir yerdə əlavə olunur...".
1756-cı ildə dəqiq tədqiqat üsulları tətbiq etməklə Lomonosov təcrübə yolu
ilə sübut etdi ki, kimyəvi çevrilmələrdə maddələrin ümumi çəkisi dəyişməyib
olduğu kimi qalır.
Beləliklə, Lomonosov kimyanın əsas
qanunlarından biri olan kütlənin itməməsi qanununu kəşf etdi. 1789-cu ildə
bu qanun Lomonosovdan xəbərsiz fransız kimyaçısı Lavuazye tərəfindən müəyyən
edilmişdir. Bu qanun hazırda belə ifadə olunur: kimyəvi reaksiyaya daxil
olan maddələrin kütləsi həmin reaksiyada əmələ gələn maddələrin kütləsinə
hmişə bərabərdir.
[Əvvəlki səhifə]