Bir mürəkkəb maddədən iki və ya daha
çox yeni maddələrin alınması ilə gedən reaksiyalara parçalanma reaksiyaları
deyilir.
A → B + C
+ D
Parçalanma
reaksiyalarının məhsulları həm bəsit, həm də mürəkkəb maddələr ola bilər.
Kristalhidratların, əsasların, bəzi turşuların və bəzi duzların parçalanması
reaksiyaları elementlərin oksidləşmə dərəcələrinin dəyişməməsi ilə gedir:
CuSO4
5H2O → CuSO4 + 5H2O
2Fe(OH)3
→ Fe2O3 + 3H2O
H2SiO3
→ SiO2 + H2O
CaCO3
→ CaO + CO2
Bir sıra
parçalanma reaksiyaları elementlərin oksidləşmə dərəcələrinin dəyişməsi ilə
gedir. Əgər parçalanma məhsullarından heç olmasa biri bəsit maddədirsə,
həmin reaksiya oksidləşmə-reduksiya mexanizmi ilə gedir.
4CuO → 2Cu2O
+ O2
NH4NO3
→ NO2 + 2H2O
Krekinq, dehidrogenləşmə və dehidratlaşma
reaksiyaları da parçalanma reaksiyalarıdır.
[Əvvəlki səhifə]