Maddələri bir-birindən fərqləndirən və
ya onların arasındakı oxşarlığı müəyyən edən əlamətlərə xassə deyilir.
Maddələrin xassələri iki cür olur:
fiziki xassə və kimyəvi xassə.
Maddənin digər madələrlə qarşılıqlı
təsirdə olmasına kimyəvi xassə deyilir.
Kimyəvi xassələrin dəyişməsinə kimyəvi
hadisə deyilir. Kimyəvi xassənin dəyişməsi yeni maddənin əmələ gəlməsi
deməkdir. Yeni maddələr isə kimyəvi reaksiyalar zamanı əmələ gəlir. Odur ki,
kimyəvi hadisə və kimyəvi reaksiya anlayışları sinonimdirlər.
Kimyəvi hadisələr nəticəsində maddənin
fiziki xasələri də dəyişir.
Yanma, çürümə, qıcqırma, paslanma,
neftin krekinqi, sabunlaşma, hidroliz və s. kimyəvi hadisələrdir.
[Əvvəlki səhifə]