Bir sıra hallarda kimyəvi reaksiya yalnız bir istiqamətdə gedir, yəni reaksiya nəticəsində əmələ gələn maddələr öz aralarında kimyəvi qarşılıqlı təsirdə olub, yenidən başlanğıc maddələri əmələ gətirə bilmir.
    Müəyyən şəraitdə öz aralarında kimyəvi qarşılıqlı təsirdə olaraq, yenidən başlanğıc maddələri əmələ gətirə bilməyən məhsulların alınması ilə gedən reaksiyalar dönməyən reaksiyalar adlanır.
    Bəzi hallarda raksiya məhsulları yenidən bir-birilə reaksiyaya daxil olaraq, ilkin maddələri əmələ gətirir. Bu halda eyni şəraitdə bir-birinin əksinə olmaqla, iki reaksiya gedir: məhsulların alınması istiqamətində gedən reaksiya və ya düzünə gedən reaksiya və başlanğıc maddələrin alınması istiqamətində gedən reaksiya və ya tərsinə gedən reaksiya.
    Müəyyən şəraitdə, eyni zamanda həm düzünə, həm də tərsinə gedən reaksiyalar dönən reaksiyalar adlanır.
    Dönən reaksiyalar məhlulda gedir.
    Dönən xarakterli reaksiyalarda düzünə və əksinə gedən reaksiyalar müxtəlif sürətlərə malik olur: reaksiyanın əvvəlində düzünə gedən reaksiyanın sürəti maksimal, tərsinə gedən reaksiyanın sürəti sıfra bərabər olur. Zaman keçdikcə düzünə gedən reaksiyanın sürəti azalır, əksinə gedən reaksiyanın sürəti artır. Nəhayət, elə bir an çatır ki, düzünə və əksinə gedən reaksiyaların sürəti bərabərləşir. Bu hala kimyəvi tarazlıq halı deyilir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png