Homogen sistemlərdə gedən kimyəvi
reaksiyala homogen reaksiya, heterogen sistemlərdə gedən kimyəvi reaksiyalar
isə heterogen reaksiya adlanır.
Homogen reaksiyalar bircinsli mühitdə,
yəni qazlar qarışığında və birfazalı maye məhlullarda gedir:
H2(q) + F2(q)
→ 2 HF(q)
NaOH(məh)
+ HCl(məh) → NaCl(məh) + H2O(m)
Heterogen
reaksiya iki və ya daha artıq fazanın bölgü səthində gedir. Çünki reaksiyaya
daxil olan maddələrin molekullarının toqquşması yalnız səthdə mümkündür.
Buna görə heterogen reaksiyanın sürətinin artmasına səht böyüklüyü, başqa
sözlə, bərk maddənin xırdalanma (dirsperslik) dərəcəsi böyük təsir göstərir.
Məsələn,
CO2(q)
+ NaOH(məh) → NaHCO3(məh)
C(b) + O2(q)
→ CO2(q)
Fe(OH)3(b) + 3HCl(məh) → FeCl3(məh) + 3H2O(m)
Na2CO3(b) + H2O(m) + CO2(q)
→ 2NaHCO3(b)
[Əvvəlki səhifə]