Mürəkkəb maddəni təşkil edən atomlardan
birini və ya bir neçəsini digər maddə atomlarının əvəz etməsi ilə gedən
reaksiyalara əvəzetmə reaksiyaları
deyilir.
A + BC →
AB + C
Bəsit və mürəkkəb maddələr
arasında gedən bütün əvəzetmə reaksiyaları oksidləşmə-reduksiya tiplidir.
2Al + Fe2O3
→ 2Fe + Al2O3
Zn + 2HCl
→ ZnCl2 + H2
2KBr
+ Cl2 → 2KCl +
Br2
Bu cür reaksiyalarda daha aktiv metal elektronlarını daha az aktiv metal və
ya hidrogen atomuna verir.
Bəzi
əvəzetmə reaksiyaları oksidləşmə dərəcələrinin dəyişməməsi ilə gedir:
Bu cür
reaksiyalar, adətən iki mürəkkəb maddə arasında gedir. Belə reaksiyalara
misal olaraq silisium-dioksidlə oksigenli turşuların duzlarının
reaksiyalarını göstərmək olar:
CaCO3
+ SiO2 → CaSiO3 + CO2
Ca2(PO4)2
+ SiO2 → CaSiO3 + P2O5
[Əvvəlki səhifə]