Qeyri-metallar kimyəvi elementlərin dövri sistemində əsas etibarilə sağ yuxarı küncdə yerləşən elementlərdir. Hidrogen və Helium istisna olmaqla qeyri-metallar p-elementlərdir.
    Qeyri-metalların əmələ gətirdikləri bəsit maddələr bərk halda həm molekulyar, həm də qeyri-molekulyar quruluşlu olurlar.
    Molekulyar quruluşlu bəsit maddələrə biratomlu nəcib qazlar, ikiatomlu halogenlər, oksigen, azot, hidrogen, çoxatomlu ozon, ağ fosfor, kristal kükürd və s. qeyri-metallar aiddir.
    Bərk halda molekulyar quruluşlu qeyri-metallar molekulyar kristal qəfəsində kristallaşır.
    Qeyri-molekulyar quruluşlu qeyri metallar (C, Si, B) atom kristal qəfəsinə malik olub, nəhəng polimer molekullar - makromolekullar əmələ gətirir: Cn, Sin, Bn. Qəfəsin düyünlərində yerləşən atomlar arasında kovalent rabitə olur.
    Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan kövrək maddələrdir. Kristallik bor və silisium yarımkeçirici xassəyə malikdir.
    Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə elektron birləşdirir. Ən güclü oksidləşdirici flüordur.
    Öz aralarında qarşılıqlı təsirdə olduqda qeyri-metallar həm oksidləşdirici, həm də reduksiyaedici ola bilər.
    Flüor digər elementlərlə reaksiyasında heç vaxt reduksiyaedici olmur. Lakin, çox yüksək elektromənfiliyə malik olan oksigen, xlor və azot reduksiyaedici ola bilər.
    Qeyri-metalların oksidləşdiricilik xassələri elementlərin elektromənfilikləri azaldıqca zəifləyir.
    Tipik qeyri-metallar aktiv metallarla ion rabitəli birləşmələr əmələ gətirir.
    Qeyri-metallar hidrogenlə ümumi formulu RHn olan uçucu birləşmələr əmələ gətirir. Bu birləşmələr adi şəraitdə qazlar və ya uçucu mayelər olub, bərk halda molekulyar quruluşa malik olurlar.
    Dövrlərdə soldan sağa getdikcə qeyri-metalların uçucu hidrogenli birləşmələrinin su məhlulunda turşuluq xassələri güclənir.
    Əsas yarımqruplarda yuxarıdan aşağıya doğru getdikcə qetri-metalların uçucu hidrogenli birləşmələrinin  su məhlulunda turşuluq xassləri güclənir.
    Əsas yarımqruplarda yuxarıdan aşağıya doğru getdikcə qetri-metalların uçucu hidrogenli birləşmələrinin reduksiyaedicilik xassələri güclənir. Məsələn, kimyəvi üsulla hidrogen-flüoridi, yəni F¯ ionunu oksidləşdirmək mümkün deyil, lakin hidrogen-xlorid və ya hidrogen-yodid müxtəlif oksidləşdiricilərlə (KMnO4, MnO2) asan oksidləşir.
    Qeyri metallar oksigenlə turşu oksidləri əmələ gətirir.
    Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin xassələrinin dəyişməsi ümumi qaydalara tabe olur: soldan sağa doğru turşu xassələri artır, yuxarıdan aşağıya doğru zəifləyir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png