Metal atomu ilə əvəz oluna
bilən Hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb
maddələrə turşular deyilir.
Elektrolitik dissosiasiya
nəzəriyyəsinə əsasən dissosiasiya zamanı kation kimi yalnız hidrogen
ionu əmələ gətirən elektrolitlərə turşu deyilir.
Turşular tərkibinə, əsaslığına və
qüvvətliliyinə görə təsnif edilir.
Tərkibinə görə turşular iki
qrupa bölünür: oksigensiz və oksigenli.
Oksigensiz turşular: HF, HCl,
HBr, H2S, HCN və s.
Dövri sistemin VI və VII qrup
qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz
turşuların nümayəndələridir.
Oksigenli turşular: HNO3,
H2SO4, H3PO4 və s
Turşuların tərkibindəki metalla
əvəz oluna bilən hidrogen atomlarının sayı turuların əsaslığını və
turşu qalığının valentliyini göstərir.
Əsaslığına görə turşular
birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.), ikiəsaslı (H2SO4,
H2S, H2C2O4 və s.),
üçəsaslı (H3BO2, H3PO4
və s.) və dördəsaslı (H4P2O4 və s.)
olur.
Turşuların qüvvətliliyi onların
su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni
dissosiasiya dərəcəsi ilə müəyyən edilir. Qüvvətliliyinə görə turşular qüvvətli, orta qüvvətli və zəif turşulara
bölünür.
HClO4, H2SO4,
HJ, HBr, HCl, HNO3 - qüvvətli
HPO3, H3PO4,
H2SO3, HF - orta qüvvətli
H2CO3, HClO,
H2S, H2SiO3 - zəif