Atomun radiusu onun nüvəsindən ən
uzaqda yerləşən elektrona qədər olan məsafədir.
Dövrlərdə soldan sağa getdikcə
atomların radiusu kiçilir. Yarımqruplarda yuxarıdan aşağıya doğru getdikcə
atomların radiusu böyüyür. Elementin atomunun radiusu onun mənfi yüklü
ionunun radiusundan kiçik, müsbət yüklü ionunun radiusundan isə böyükdür.
Neytral atomdan elektron qoparmaq üçün
zəruri olan enerji miqdarına ionlaşma enerjisi (J) deyilir. İonlaşma
enerjisi kC/mol ilə ölçülür.
Çoxelektronlu atomlar üçün ionlaşma
enerjiləri J1, J2, J3 müvafiq
surətdə birinci, ikinci və üçüncü elektronların qopmasına uyğundur. Bu zaman
bütün hallarda J1<J2<J3 olur. İonlaşma
enerjisi az olduqca atomun elektron verməsi asanlaşır. Eyni dövr üzrə
və eyni qrup üzrə atom radiusu böyük olduqca ionlaşma enerjisi kiçik
olur.
Neytral atoma, onu mənfi yüklü iona
çevirməklə elektron birləşməsi zamanı ayrılan enerji miqdarı (E) elektron
qohumluğu adlanır. Ədədi qiymətcə elektron qohumluğu əks işarə ilə mənfi
yüklü ionun ionlaşma enerjisinə bərabərdir.
Atomun bir və ya bir neçə elektron
vermək və ya birləşdirmək meylini kəmiyyətcə xarakterizəsi üçün atomların
elektromənfiliyi anlayışı irəli sürülmüşdür. Elektromənfilik anlayışı elmə
L.Polinq tərəfindən daxil edilmişdir.
İonlaşma enerjisi və elektron
qohumluğunun ədədi qiymətləri cəminin yarısı ilə səciyyələnən kəmiyyət
elektromənfilik adını almışdır.
X=(E+J)/2
Praktiki olaraq,
elektromənfiliyin mütləq qiymətindən deyil, nisbi elektromənfilikdən
istifadə edilir. Bunun üçün litiumun nisbi elektromənfiliyi vahid
qəbul olunmuşdur. Bütün elementlərin elektromənfiliyinin qiyməti 0-4
arasında dəyişir (təsirsiz qazlar istisnadır). Flüor ən yüksək
elektromənfiliyə malik elementdir.
Elektron eletromənfiiyi daha böyük olan element atomuna
doğru yerini dəyişir.
[Əvvəlki səhifə]