Kovalent rabitə nəəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lüis tərəfindən yaradılmışdır.
    Kovalent rabitə çox geniş yayılmışdır. Molekulların əksəriyyətinin əmələ gəlməsi kovalent rabitə ilə əlaqədardır.
    İon rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus xarici davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir. Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının tək elektronlarının bir-birilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olub, onların arasında rabitənin yaranmasına səbəb olur.
    Beləliklə, atomlar arasında ümumi (ortaq) elektron cütləri vasitəsilə əmələ gələn rabitə növü kovalent rabitə adlanır.
    Elementlərin qarşılıqlı təsiri zamanı əmələ gələn ümumi elektron cütlərinin atomlar arasında "paylanma" xarakterinə görə kovalent rabitə iki cür olur: qeyri-polyar və polyar kovalent rabitələr
    Kovalent rabitənin əmələ gəlməsində iştirak edən orbitalların örtülmə istiqamətindən asılı olaraq kovalent rabitə σ-rabitə, π-rabitə və δ-rabitələrə bölünür.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png