Bərk maddələr kristal və amorf halda ola bilir. Kristal halda maddələri təşkil edən hissəciklər (atom, molekul və ya ionlar) kristal şəbəkədə müəyyən ciddi qayda üzrə yerləşdiyi halda, amorf halda maddələrin hissəcikləri nizamsız paylanır. Amorf madələrin ən tipik nümayəndəsi şüşə olduğundan, maddənin amorf halına bəzən şüşəvari hal da deyilir.
    Kristal maddələrdə bütün hissəcikləri nöqtələr şəklində qeyd edib, onarı kəsişən düz xətlərlə birləşdirsək, kristal qəfəs və ya kristal şəbəkə əmələ gələr. Şərti olaraq, maddə hissəciyini göstərən hər bir nöqtə kristal qəfəsin düyünü  və ya kristal şəbəkənin təpə nöqtəsi adlanır.
    Kristal qəfəsin düyünlərində yerləşən hissəciklərin növündən və onların arasındakı kimyəvi əlaqənin təbiətindən asılı olaraq kristallar dörd növə ayrılır: ion, atom, molekul və metal kristallar.
    İon kristal qəfəsin düyünlərində ion rabitələrlə əlaqələnmiş, müəyyən qayda ilə düzülmüş müsbət və mənfi yüklü ionlar yerləşir.
    İon kristal qəfəsli maddələrin tipik nümayəndələri duzlardır. İon birləşmələrdə ionlar arasındakı cazibə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, az uçucu, bərk elektrolitlərdir.
    Atom kristallar şəbəkəsində təpə nöqtələrinin hamısını atomlar tutur. Atom kristal qəfəsli maddələrə B, C (almaz, qrafit), Si, SiO2 (kvars), SiC, qara və qırmızı fosforu misal göstərmək olar. Bu cür kristal qəfəsdə olan atomlar arasında kovalet rabitə olur. Bu maddələrin əksəriyyəti çətinəriyən çox bərk maddələrdir.
    Molekul kristal şəbəkəsinini təpə nöqtələrində bütöv molekullar yerləşir. Belə molekulları təşkil edən atomlar arasında kovalent rabitə olur. Qeyri-polyar kovalent rabitəli maddələrin (H2, N2, O2, F2, Cl2, P4, S8 və s.) molekul kristal qəfəslərində molekullararası rabitəni yalnız zəif maolekullararası qüvvələr yaradır. Buna görə də onların ərimə temperaturu aşağı olur. Polyar kovalent rabitəli maddələrin (HF, HCl, HBr, SO2, CO2, H2S, CH4, NH3, H2SO4 və s.) kristal qəfəslərində molekullararası qüvvələrlə yanaşı, elektrostatik cazibə qüvvələri də təsir göstərir. Ona görə də bu maddələrin ərimə temperaturu nisbətən yüksək olur.
    Metal kristal qəfəsinin düyünlərində müsbət yüklü metal ionları yerləşir. Onlar bir-birləri ilə ümumiləşmiş elektronlar vasitəsilə metal əlaqəsi ilə təsirdə olurlar. Na, Ca, Fe, Al, Cu və s. metal kristal qəfəsli maddələrdir.
    Bərk halda kristal qəfəsinin düyünlərində molekullar yerləşən maddələr molekulyar quruluşlu maddələr adlanır. Üzvi maddələrin əksəriyyəti, qeyri-metalların əksəriyyəti, CO2, H2O və s. molekulyar quruluşlu maddələrdir. Molekulyar quruluşlu maddələr sabit tərkibə malikdirlərki, bu cür birləşmələr də, daltonidlər adlanır.
    Bərk halda kristal qəfəsinin düyünlərində atom və ionlar yerləşən maddələr qeyri-molekulyar quruluşlu maddələrdir. Duzlar, qələvilər, metal oksidləri, almaz, silisium, metallar və s. qeyri molekulyar quruluşlu maddələrdir. Qeyri molekulyar quruluşlu maddələr dəyişkən tərkibə malikdirlər və belə maddələr bertollidlər adlanır.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png