Klassik rabitə növlərindən biri oln ion rabitəsinin nəzəri əsası 1916-cı ildə alman alimi Kossel tərəfindən yaradılmışdır. Bu nəzəriyyəyə əsasən kimyəvi rabitənin yaranması müxtəlif yüklü ionların arasındakı elektrostatik cazibə qüvvəsi ilə əlaqədardır. Beləliklə, ion rabitəsi elə element atomları arasında meydana çıxa bilər ki, onlardan biri valent elektronlarını asanlıqla versin və müsbət yüklü ion -kation, o biri isə əksinə, müəyyən sayda elektron qəbul edərək, mənfi yüklü ion - anion əmələ gətirsin. Bu qayda ilə əmələ gələn əks yüklü ionlar Kulon qanununa əsasən bir-birini cəzb edərək ümumiləşdirir.
    Elementləri qarşılıqlı təsiri zamanı bir atomdan digər atoma elektron keçidi nəticəsində əmələ gələn ionlar bütün hallarda müvafiq "təsirsiz" qazların davamlı elektron konfiqurasiyasına malik olur.
    İon rabitəsi əmələ gətirən elementlərin oksidləşmə dərəcəsi qarşılıqlı kimyəvi təsir zamanı verilən və ya qəbul edilən elektronların sayı ilə müəyyən edilir.
    İon rabitəsi vasitəsilə əmələ gələn birləşmələr ion birləşmələri adlanır. İon sadə elektrostatik təbiətli olduğundan və istiqamətlənmədiyi üçün əks-yüklü ionlar bir-birini özlərinin nisbi fəza vəziyyətindən asılı olmayaraq cəzb edir.
    İon rabitəsi bir-birindən təbiət etibarilə kəskin fərqlənən element atomları, başqa sözlə, yüksək elektromüsbət (tipik metal) və yüksək elektromənfi (tipik qeyri-metal) elementlər arasında yarana bilər.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png