Molekul molekulyar quruluşlu maddənin kimyəvi xassələrini özündə
saxlayan ən kiçik hissəcikdir. Molekul anlayışı çox geniş işlənsə də,
bütün maddələrə tətbiq oluna bilmir və bəzi hallarda ziddiyyət yaradır.
Belə ki, təsirsiz qazların ən kiçik hissəciyi onun bir atomu olduğu
halda, bu atoma təsirsiz qazın molekulu kimi də baxılır.
Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik
hissəcikdir. Atom bütün maddələrin ilkin materialıdır. Atom kimyəvi
yolla bölünmür. Atom kütləsinə, ölçüsünə və xassələrinə görə
xarakterizə olunur.
Atom nüvə və
elektronlardan təşkil olunmuşdur. Atom nüvəsi müsbət
elektronları isə mənfi yükə malikdir. Hər bir atomda bu yüklərin
qiymətləri bərabar olduğu üçün atom yüksüzdür.
[Əvvəlki səhifə]