Eyni element atomlarından təşkil olunmuş maddələrə bəsit maddələr deyilir.
    Dəmir, mis, alüminium, civə, kükürd, fosfor, yod, hidrogen, oksigen, almaz, qrafit, ozon və s. bəsit maddələrdir. Bir çoxunun adlarının eyni omasına baxmayaraq "bəsit maddə" və "kimyəvi element" anlayışlarını fərqləndirmək lazımdır. Element atom və molekulların tərkib hissısini xarakterizə edir. Bəsit maddə isə konkret maddəni xarakterizə edir. Məsələn, bəsit maddə dəmir - dəmir elementinin atomlarından ibarətdir.
    Beləliklə, bəsit maddələr kimyəvi elementlərin sərbəst halda mövcudluq formasıdır.
    Bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çoxdur. Bunun səbəbi allotropluqdur.
    Bəsit maddələr biratomlu və çoxatomlu olur. Təsirsiz qazlar biratomlu bəsit maddələrə misal ola bilər. Çoxatomlu bəsit maddələrə bunlar misal ola bilər: H2, N2, O2, O3, F2, Br2, J2, S8, P4. Aqreqat hallarına görə bəsit maddələr qaz, maye və bərk formada olurlar. Bəsit maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu olurlar.
    Xassələrinə görə bəsit maddələr iki qrupa bölünürlər: metallarqeyri-metallar.
   
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png