Sabit fiziki xassələrə malik olan
maddələrə saf maddələr deyilir.
Məsələn, distillə suyu, sublimə edilmiş
yod saf maddələrdir, çünki su 100 0C-də qaynayır, yod isə 113,5
0C-də əriyir.
İki və ya daha artıq saf maddədən
ibarət olan sistemlərə qarışıqlar deyilir.
Hava, dəniz suyu, şəkərin suda məhlulu,
tunc, süd, toz və s. qarışıqlardır.
Qarışıqlar bircinsli (homogen) və
müxtəlifcinsli (heterogen) olur. Homogen qarışıqların hissəciklərini nə
gözlə, nə də optik cihazlarla görmək olmur. Heterogen qarışıqlarda isə bu
mümkündür. Hava, səkərin suda məhlulu, etil spirtinin suda məhlulu, bürünc
ərintisi homogen qarışıqdır. Süd, tüstü, duman heterogen qarışıqdır.
Qarışıqların tərkibi dəyişkən, saf
maddələrin tərkibi isə əsas etibarilə sabit olur.
Qarışıqların tərkibinə daxil olan
maddələr öz fərdi xassələrini saxladığı halda saf maddəni əmələ gətirən
maddələr saxlamır.
Qarışıqların əmələ gəlməsi çox hallarda
istilik effekti ilə müşayət olunmur, saf maddələr isə ya istiliyin udulması
ya da ayrılması ilə müşayət olunan reaksiyalarda alınır.
Qarışıqların fiziki xassələri dəyişkən
olur.
[Əvvəlki səhifə]