Atomlar adi halda elektroneytraldırlar. Belə ki, atomun nüvəsi ətrafında  nüvəsinin müsbət yükü qədər mənfi yüklü hissəciklər (elektronlar) "yerləşir". Elektronların sayının nüvədəki protonların sayından fərqlənməsi atomda elektrik yükünün meydana çıxmasına səbəb olur.
    Əgər atomda elektronların sayı protonların sayından çox olarsa onda atom mənfi yüklənir. Yox əgər elektronların sayı protonların sayından az olarsa atom müsbət yüklənir.
    Ümumiyyətlə atomda elektrik yükü varsa bu cür atom ion adlanır. İonlar elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən sabit elektrik cərəyanının təsirindən istiqamətlənmiş hərəkət edirlər. Məhlulda və ya ərintidə elektrik cərəyanı elektrodlar vasitəsilə verilir. Bu elektrodlardan biri mənfi yüklü olub katod, digəri isə müsbət yüklü olub anod adlanır. İonlardan müsbət yüklü olanlar katoda tərəf, mənfi yüklü olanlar isə anoda tərəf hərəkət edirlər. Odur ki, mənfi yüklü ionlar anionlar, müsbət yüklü olanlar isə kationlar adlanırlar.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png