Oksidləşmə dərəcəsi molekulda hər bir
atomun payıa düşən şərti yükdür. Oksidləşmə dərəcəsinin ədədi qiyməti
birləşmədə daha yüksək elektromənfiliyi olan atoma keçmiş və ya ona tərəf "yerini
dəyişmiş" kimyəvi əlaqənin elektron cütlərinin sayı ilə müəyyən olunur.
Oksidləşmə dərəcəsi müsbət, mənfi və
sıfır qiymətlər alır. Elektron cütü yaxınlaşan atom mənfi, uzaqlaşan atom
isə müsbət yüklənir. Elektron cütü eyni növ atomlara mənsub olduqda onlar
arasında bərabər "paylanır" və onların yükləri dəyişmir.
Bütün bəsit maddələrdə atomların
oksidləşmə dərəcəsi sıfra bərabərdir.
Birləşmələrdə hər bir elementin
oksidləşmə dərəcəsi aşağıdakı qaydada təyin olunur:
1. Flüorun oksidləşmə dərəcəsi (OD) bütün birləşmələrdə
-1-dir.
2. Hidrogenin OD-si metal hidridləri (KH, CaH2
və s.), SiH4, BH3-də -1, qalan birləşmələrdə isə
+1-dir.
3. Qələvi metallar birləşmələrdə +1, Qələvi-torpaq
metallar isə +2 OD göstərir.
4. Oksigenin OD-si F2O-da +2, poeroksidlərdə (H2O2)
-1, qalan birləşmələrdə -
-dir.
5. Birləşmələrdə atomların OD-lərinin cəbri cəmi sifra
bərabərdir.
6. Biratomlu ionun OD-si onun yükünə bərabərdir.
7. Çoxatomlu ionun OD-si ionun yükünə bərabərdir.
Elementin ən yüksək müsbət oksidləşmə
dərəcəsi həmin elementin dövri sistemdəki qrupunun nömrəsinə bərabərdir.
Oksidləşmə dərəcəsinin qiyməti ionun
yükündən fərqli olaraq elementin işarəsinin üstündə yazılır və əvvəl yükün
işarəsi sonra qiyməti göstərilir.
[Əvvəlki səhifə]