Müxtəlif element atomlarından əmələ
gəlmiş maddələrə mürəkkəb maddələr və ya kimyəvi birləşmələr deyilir.
Məsələn, su hidrogen və oksigen
elementlərnin atomlarından; sulfat turşusu isə hidrogen, oksigen və kükürd
elementlərinin atomlarından əmələ gəlmiş mürəkkəb maddələrdir.
Bütün üzvi maddələr mürəkkəb
maddədirlər, lakin bütün qeyri-üzvi maddələr mürəkkəb maddə deyillər.
Qeyri-üzvi maddələrin bir qismi bəsit maddələrdir.
Aqreqat hallarına görə mürəkkəb maddələr qaz, maye və bərk
formada olurlar. Mürəkkəb maddələr də molekulyar və qeyri-molekulyar quruluşlu
olurlar.
[Əvvəlki səhifə]