Valentlik anlayışı ilk dəfə elmə 1852-ci ildə ingilis alimi E.Frankland tərəfindən daxil edilmişdir.
    Valentlik - kimyəvi element atomlarının müəyyən sayda kovalent kimyəvi rabitə əmələ gətirmək xassəsidir. Birləşmələrdə valentlik bir atomu digər atomla əlaqələndirən kovalent rabitələrin sayı ilə müəyyən edilir.
    Odur ki, valentliyə kimyəvi element atomunun özünə müəyyən sayda digər element atomlarını birləşdirmək qabiliyyəti kimi tərif verilir.
   Deməli element atomu neçə təkvalentli element atomu ilə rabitə əmələ gətirmişdirsə o sayda valentliyə malikdir.
    Kimyəvi rabitələr atomun xarici energetik səviyyəsindəki elektronlar vasitəsilə əmələ gəldiyindən məhz belə elektronlara valent elektronları deyilir.
    Bəzi kimyəvi elementləri valentliyi əmələ gətirdikləri kimyəvi birləşmələrdə dəyişmir. Onlara sabit valentli elementlər deyilir.
     Digər elementlər isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara dəyişkən valentli elementlər deyilir.
    Elementin ən yüksək valentliyi ədədi qiymətcə dövri sistemdə onun yerləşdiyi qrupun nömrəsinə uyğundur. Lakin Azot (N), Oksigen (O), Flüor (F) qrupun nömrəsindən aşağı valentlik (müvafiq olaraq 4, 2, 1) göstərdiyi halda, Mis (Cu), Gümüş (Ag) və Qızıl (Au) yüksək valentlik (müvafiq olaraq 2, 2, 3) göstərir.
    Birləşmələrin formuluna əsasən onun valentliyi indekslərin ən kiçik ortaq bölünəninin həmin indekslərə bölünməsi ilə tapılır. Məsələn,
P2O5; ƏKOB(2;5)=10; 10/5=2 - O-nin valentliyi, 10/2=5 - P-un valentliyidir.
    Valentliyə əsasən isə eyni qayda ilə formullar çıxarılır:
Mn-nın valentliyi 7, O-nin valentliyi 2-dirsə; ƏKOB(7;2)=14
MnxOy formulunda x=14/7=2, y=14/2=7. Beləliklə formul belədir: Mn2O7
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png