Molekul kütləsi böyük olan
karbohidrogenlərin parçalanması nəticəsində kiçik molekullu
karbohidrogenlərin əmələ gəlməsinə krekinq deyilir:
C16H34
→ C8H18 + C8H16
Krekinq
prosesinin iki əsas növü var: termiki və katalitik.
Termiki
krekinqin də iki növü var:
1. Aşağı
temperatur (450-500 0C) və yuxarı təzyiqdə (2-7 MPa);
2. Yuxarı
temperatur (550-600 0C) və aşağı təzyiqdə (0,3-0,5 MPa)
aparılan proseslər.
Termiki
krekinq nəticəsində normal quruluşlu karbohidrogenlər əmələ gəlir. Krekinq
prosesində əmələ gələn qazlara krekinq qazı, benzinə isə krekinq benzini
deyilir.
Termiki
krekinq prosesi sərbəst radikal mexanizmi üzrə gedir.
Katalitik
krekinq alümosilikat (Al2O3 SiO2)
katalizatorlarının iştirakı ilə nisbətən aşağı temperaturda (450-500
0C) aparılır. Termiki krekinqdən fərqli olaraq daha sürətlə gedir.
Katalitik krekinq zamanı karbohidrogenlərin həm parçalanması, həm də
izomerləşməsi yəni normal quruluşlu karbohidrogenlərin şaxəli
karbohidrogenlərə çevrilməsi baş verir.
Katalitik
krekinq məhsullarında doymamış karbohidrogenlər az olduğundan onlarda
öz-özünə oksidləşmə və polimerləşmə getmir.
[Əvvəlki səhifə]