Duzların məhluldan kristallaşması
zamanı bir çox hallarda tərkibində müxtəlif sayda su molekulu olan
kristallar çökür. Duzların belə kristallarında iştirak edən su -
kristallaşma suyu, tərkibində kristallaşma suyu olan kristallar isə
kristalhidratlar adlanır.
Kristalhidratların formulları
yazılarkən, onların bir molekulunun payına düşən su molekullarının sayı
göstərilir. Məsələn, CuSO4 5H2O.
Kristalhidratların közərdilməsi zamanı
kristallaşma suyu ayrılır və susuz duz qalır. Kristallaşma suyunun ayrılması
suyun qaynama temperaturuna nisbətən daha yüksək temperaturda (əsasən,
150-250 0C) baş verir. Bu, kristallaşma suyu ilə duz molekulu
arasında müəyyən qarşılıqlı kimyəvi təsirin olması ilə əlaqədardır.
Susuz duzdan kristalhidratın əmələ
gəlməsi prosesi həmişə istilik ayrılması ilə gedir.
[Əvvəlki səhifə]