Eyni bir elementin müxtəlif bəsit maddələr əmələ gətirməsi hadisəsinə allotropiya, əmələ gəlmiş bəsit maddələrə isə allotrop şəkildəyişmələr deyilir.
    Məsələn, oksigen (O2 - dioksigen) və ozon (O3 - trioksigen) bəsit maddələri oksigen elementinin, ağ fosfor, qara fosfor, qırmızı fosfor isə fosfor elementinin allotrop şəkildəyişmələridir.
    Allotropiya həmçinin karbon, kükürd və s. elementlərdə də müşahidə olunur. Allotropiya hadisəsi iki səbəbdən baş verir:
1. Molekulda atomların sayının müxtəlif olması ilə; məsələn, oksigen və ozon.
2. Bəsit maddələrin kristal quruluşunun müxtəlifliyi ilə; məsələn almaz və qrafit.
    Lakin elə hallar olur ki, bu səbəblərin hər ikisi eyni anda allotropiyaya səbəb olur; məsələn almaz və fülleren (C60). Bəzən isə allotropiyaya kimyəvi əlaqələrin müxtəlifliyi səbəb olur: məsələn, α-karbin və β-karbin.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png