Turşular aşağıdakı kimi alınır:
1. Oksigensiz turşular qeyri-metalların bilavasitə hidrogenlə birləşməsi və əmələ gələn qazların suda həll edilməsi yolu ilə alınır.
    H2 + Br2 → 2HBr;     H2 + S H2S
2. Oksigenli turşular turşu oksidlərinin (SiO2 istisnadır) su ilə qarşılıqlı təsirindən alınır. Reaksiya oksidlərin kimyəvi xassələri bölməsində göstərilib.
3. Duzların turşularla qarşılıqlı təsirindən də turşu alınır. Turşuların duzlarla reaksiyaya daxil olmasını turşuların bir-birini duzlardan çıxışdırıb çıxarması sırası ilə müəyyənləşdirmək olar. Bu sırada turşular onların qüvvətliliyi, uçuculuğu və həll olması nəzərə alınmaqla ardıcıl yerləşdirilib və şərti olaraq turşuların fəallıq sırası adlandırılır.
                 HCl
    H2SO4, HNO3, H2SO3, H2CO3, H2S, H2SiO3
                 H3PO4
    Bu sırada hər öndə duran turşu özündən sonrakı turşunu duzundan sıxışdırıb çıxarır. Alt-alta yazılan turşular eyni qüvvətlidir.
    Na2SO3 + 2HCl → 2NaCl + SO2 + H2O (SO2 + H2O H2SO3)
    NaCl(bərk) + H2SO4(qatı) NaHSO4 + HCl
    Anhidridi (turşu oksidi) suda həll olmayan turşular bu üsulla alınır.
4. Bəzi oksigenli turşular qeyri-metallara güclü oksidləşdirici turşularla təsir etməklə alınır.
    J2 + 5Cl2 + 6H2O → HJO3 + 10HCl
5. Passiv metalların oksigenli turşularla əmələ gətirdiyi duzların suda məhlulunun elektrolizindən turşu alınır.
    2CuSO4 + 2H2O → 2Cu + 2H2SO4 + O2
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png