Turşuların bir qismi suda yaxşı həll olan rəngsiz mayelərdir.
Məsələn, H2SO4, HNO3 və s. Bəzi
turşular isə adi şəraitdə bərk halda olur: H3PO4,
H3BO3, HPO3. Metasilikat turşusu (H2SiO3)
suda praktik olaraq həll olmur.
1. Turşular indikatorların rəngini dəyişir:
bənövşəyi lakmusu qırmızı, narıncı metiloranjı çəhrayı rəngə boyayır.
2. Turşular metallarla qarşılıqlı təsirdə olur:
a) Elektrokimyəvi gərginlik sırasında hidrogendən solda
yerləşən metallar turşulardan (nitrat və qatı sulfat turşusundan başqa)
hidrogeni sıxışdırıb çıxarır;
2HCl + Fe
→ FeCl2 + H2; H2SO4(duru)
+ Zn → ZnSO4 + H2
b) Elektrokimyəvi gərginlik
sırasında hidrogendən sağda yerləşən metallar hidrogeni turşulardan
sıxışdırıb çıxarmır; nitrat və qatı sulfat turşusundan başqa
turşularla qarşılıqlı təsirdə olmur.
c) Pt və Au "çar arağı"nda (zərhəl
də adlandırılır - 1mol HNO3 + 3mol HCl) həll olur.
3. Turşular əsasi oksidlərlə qarşılıqlı təsirdə olur.
4. Turşular amfoter oksidlərlə qarşılıqlı təsirdə olur.
6. Turşular ammonyakla qarşılıqlı təsirdə olur.
H2SO4 + NH3
→ NH4HSO4;
NH4HSO4 + NH3
→ (NH4)2SO4
7. Turşular bəzi duzlarla qarşılıqlı təsirdə olur.
8. Bəzi turşular qeyri-metallarla qarşılıqlı təsirdə olur.
4HNO3(qatı) + C
→ CO2 + 2H2O + 4NO2
9. Oksigenli turşular qızdırıldıqda suya və turşu oksidinə
parçalanır. Bu haqda
oksidlərin alınması
bölməsində yazılıb.
[Əvvəlki səhifə]