Turşuların adı onu əmələ gətirən qeyri-metalın latınca adından götürülür. Oksigensiz turşularda turşu əmələgətirən elementin adına -id, oksigenli turşularda isə turşu əmələ gətirən element ən yüksək oksidləşmə dərəcəsində olarsa, adına -at, orta oksidləşmə dərəcəsinə malikdirsə, onun adına -it sonluğu əlavə edilir. Məsələn,
    H2S - sulfid turşusu, H2SO4 - sulfat turşusu, H2SO3 - sulfit turşusu
    III-V qrup elementlərinin əmələ gətirdikləri oksigenli turşular adlandırılarkən, elementin eyni oksidləşmə dərəcəsinə müxtəlif tərkibli turşu uyğun gələrsə, tərkibində bu elementin bir atomuna düşən oksigen atomlarının sayı ən çox olan turşunun adının qarşısında orto-, ən az olan turşunun adının qarşısında meta-, aralıq halda isə piro- sözü yazılır.
    H3PO4 - ortofosfat turşusu
    H4P2O7 - pirofosfat turşusu
    HPO3 - metafosfat turşusu
    Element ikidən çox oksigenli turşu əmələ gətirərsə, onları adlandırmaq üçün "per", "hipo" söz önlüklərindən istifadə edilir.
    HCl - xlorid turşusu, HClO - hipoxlorit turşusu, HClO2 - xlorit turşusu, HClO3 - xlorat turşusu, HClO4 - perxlorat turşusu.
    Oksigensiz turşuların quruluş formulları belədir:
    H - Cl, H - S - H
    Oksigenli turşuların quruluş formulları aşağıdakı kimidir:
    H - O - N = O
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png