1789-cu ildə fransız kimyaçısı Lavuazye
elementləri 4 qrupa böldü: qazlar, qeyri-metallar, metallar və yer
elementləri.
1817-ci ildə alman alimi Debereyner
oxşar elementləri qruplar şəklində birləşdirmiş və onları triadalar (üçlüklər)
adlandırmışdır.
1864-cü ildə ingilis alimi C.Nyulends
atom kütlələrinin artması ardıcıllğı ilə yeddi elementdən ibarət qruplar
tərtib etmiş və bu qruplarda hər 8-ci elementin əvvəlki qrupda birinci
elementlə oxşar xassələr göstərdiyini qeyd etmişdir. Nyulends bunu "oktav
qanunu" adlandırmışdır. Lakin bu qanun ilk 17 element üçün doğru idi.
Fransız alimi Şankurtua elementləri tom
kütlələrinin artması ilə silindrin ətrafında spiral şəklində düzmüşdür. Bu
zaman oxşar elementlər bir-birinin altında yerləşmişdir.
1869-cu ildə alman alimi Lotar Meyer
məlum elementləri atom kütlələrinə qarşı aom həcmlərinin artması ilə düzərək
onların xassələrinin dövri olaraq dəyişməsini müəyyənləşdirmiş və ilk dəfə
belə asılılığı göstərən qrafik tərtib etmişdir. O, oxşar elementlərin altı
qruounu göstərmişdir.
Rus alimi Mendeleyev o dövrdə məlum
olan 63 elementi atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri
sistem cədvəli tərtib etmişdir.
Mendeleyev kəşf etdiyi dövri qanunu
aşağıdakı kimi ifadə etmişdir:
Bəsit maddələrin, eləcə də elementlərin
əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri onların atom
çəkilərinin (kütlələrinin) artmasından dövri surətdə asılıdır.
Dövri qanunun kəşfi və dövri sistemin
ilk variantının yaradılıma tarixi 1 mart 1869-cu ildir.
Mendeleyev bəzi hallarda bu qanundan
kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin
artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə
müəyyən etmişdir.
Dövri qanunun inkişafı iki mərhələyə
bölünür:
1. Dövri sistemin ilk variantından atomun quruluşunun
kəşfinədək olan kimyəvi mərhələ;
2. 1913-cü ildən hal-hazıra kimi olan fiziki mərhələ.
1913-cü ildə ingilis alimi Mozli
müəyyən etmişdir ki, elementlərin xassələri onların nüvələrinin yükü ilə
bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir:
Kimyəvi elementlərin, habelə onların
əmələ gətirdiyi bəsit və mürəkkəb maddələrin xassələri atomların nüvələrinin
yükünün artmasından dövri surətdə asılıdır.
[Əvvəlki səhifə]