Maddələri bir-birindən fərqləndirən və
ya onların arasındakı oxşarlığı müəyyən edən əlamətlərə xassə deyilir.
Maddələrin xassələri iki cür olur:
fiziki xassə və kimyəvi xassə.
Maddənin mühüm fiziki xassələri
aşağıdakılardır: 1.aqreqat halı; 2.rəngi; 3.sıxlığı; 4.istilik keçiriciliyi;
5.elektrik keçiriciliyi; 6.ərimə və qaynama temperaturu.
Maddənin iyi və dadı da fiziki
xassələrinə aid edilir
Maddə tərkibinin dəyişməsinə və bir maddənin
digər maddəyə çevrilməsinə səbəb olmayan hadisələrə fiziki hadisələr
deyilir.
Fiziki hadisələr zamanı madənin aqreqat
halı, forması və s. dəyişir. Suyun donması və buxarlanması, neftin
fraksiyalara ayrılması, qarışıqlardan saf maddələrin ayrılması, sublimasiya
fiziki hadisələrdir
[Əvvəlki səhifə]