Atomların kütləsi olduqca kiçik kəmiyyətdir. Məsələn Hidrogen atomunun kütləsi 1,674*10-27 kq,  Karbonunku 1,993*10-26 kq, Oksigeninki 2.667*10-26 kq-dır. Atomun kütləsi demək olar ki, onun nüvəsində cəmləşdiyi üçün onun nuklonlarının kütlələri cəminə bərabər olur.
    Atomun nuklonlarının sayı atomun kütlə ədədi adlanır.
    Kimyəvi hesablamalarda elementlərin atom kütlələrinin mütləq qiymətlərindən istifadə etmək əlverişli olmadığına görə də, kimyada elementin nisbi atom kütləsi - Ar kəmiyyətindən istifadə olunur.
    Nisbi atom kütləsi elementin atom kütləsinin karbon atomunun kütləsinin 1/12-nə olan nisbətidir.
    Karbon atomunun kütləsinin 1/12-i atom kütlə vahidi (a.k.v.) adlanır.

1 a.k.v. = 1,993*10-26 kq : 12 = 1,6605*10-27 kq

    Nisbi atom kütləsi elementin atom kütləsinin a.k.v.-yə olan nisbətidir.
    Atom kütlə vahidi kimi karbon atomu kütləsinin 1/12-nin vahid qəbul edilməsi təsadüfi deyildir. Belə ki, Oksigen atomunun kütləsinin 1/16-i də a.k.v.-nin qiymətini verir. Lakin, Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun C12 izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Oksigendə isə digər izotopların miqdarı daha çoxdur.
    Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur. Odur ki, dövri sistem cədvəlində bir çox elementlər kəsr ədədli kütləyə malikdirlər. Məsələn, Cl -un nisbi atom kütləsi 35,453-dür. Bu isə onun təbiətdə 77,35 % Cl35 və 22,65% Cl37 izotopu şəklində yayılması ilə əlaqədardır.
    A.k.v. ilə ifadə olunmuş nisbi atom kütləsi elementin bir atomunun kütləsinə bərabərdir.
    Maddə bir neçə eyni, yaxud müxtəlif növ atomlardan təşkil olunduğu üçün onun molekulunun kütləsi müvafiq olaraq bu atomların kütlələri cəmindən ibarətdir.
    Maddə molekulunun a.k.v ilə ifadə olunan kütləsinə nisbi molekul kütləsi deyilir.
    Nisbi molekul kütləsi Mr maddənin molekul kütləsinin karbon atomunun kütləsinin 1/12-nə olan nisbətidir.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png