Verilmiş müəyyən temperaturda məhlulda həll olmuş maddənin yeni əlavə edilmiş miqdarı həll olursa, belə məhlul doymamış məhlul adlanır. Başqa sözlə, doymamış məhlul birfazalı sistemdən ibarət olur. Əksinə, həll olan maddənin məhlula daxil edilmiş əlavə miqdarı artıq həll ola bilməyib, ayrıca bir faza əmnələ gətirirsə, belə məhlul doymuş məhlul adlanır.
    Məhlula həll olan maddənin kristalı daxil edilərkən həll olan maddənin məhluldan kristallaşması baş verirsə, belə məhlul ifrat doymuş məhlul adlanır. Nəticədəməhluldan həll olan maddənin artığı kristal şəklində ayrılır və ifrat doymuş məhlul adi doymuş məhlulla çevrilir.
    Məhlulların qatılıqlarını təxmini xarakterizə etmək üçün duru və qatı məhlul anlayışından istifadə olunur. Həll olan maddə miqdarı həlledicinin miqdarına yaxın olduqda məhlullar qatı məhlul, çox az olduqda isə duru məhlul adlanır.
    "Doymuş məhlul" və "qatı məhlul" anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Yaxşı həll olan maddələrin doymuş məhlulları qatı məhlul ola bilər. Az həll olan maddələrin doymuş məhlulları isə duru məhlul ola bilər. Yaxşı həll olan maddələrin doymamış məhlulları da qatı məhlul ola bilər.
    Məhlulun müəyyən kütləsində və ya həcmində həll olmuş maddənin miqdarına məhlulun qatılığı deyilir.
    Məhlulun qatılığının müxtəlif ifadə üsulları vardır.
1. Faizli məhlul. Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilirsə, belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır:
a) Çəki faizi. Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Yəni həll olmuş maddənin kütləsinin məhlulun ümumi kütləsinə olan nisbəti faizlə ifadə edilir.
b) Molekulyar faiz.
c) Atom faizi.
2. Molyar məhlul. Bu halda məhlulun qatılığı onda həll olan maddənin mol sayı ilə ifadə olunur. Molyar məhlulda qatılıq həll olan maddənin məhlulun 1 litrində olan mol sayı ilə ifadə olunur.
3. Molyal məhlul. Molyal məhlulda qatılıq həll olan maddənin həlledicinin 1 kq-dakı mol sayı ilə müəyyən edilir.
4. Normal məhlul. Bu halda məhluln qatılığı həll olan maddənin 1 l məhluldakı qram-ekvivalentlərinin sayı ilə müəyyən edilir.
    Müxtəlif maddələrin qram-ekvivalenti müxtəlif yolla təyin edilir.
    Turşuların qram-ekvivalenti onların molekulyar kütlələrinin əsaslığına olan nisbəti ilə müəyyən edilir.
    Əsasların qram-ekvivalenti onların molekulyar kütlələrinin metalın valentliynə olan nisəti ilə tapılır.
    Duzların qram-ekvivalenti onların molekulyar kütlələrinin metal atomlarının sayı ilə onların valentlikləri hasilinə nisbəti ilə tapılır.
    Oksidləşdirici və reduksiyaedicilərin qram-ekvivalenti hesablanarkən, onların molekulyar kütlələrinin reaksiya zamanı bir molekulun qəbul etdiyi və ya verdiyi elektronların sayına nisbəti tapılır.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png