Su molekulu H2O iki atom
hidrogen və bir atom oksigendən ibarətdir. Odur ki, onun nisbi molekul
kütləsi iki atom hidrogenin (1+1) və bir atom oksigenin (16) nisbi atom
kütlələri cəmi ilə təyin olunur (1+1+16=18). Biz laboratoriyada bir damcı su
sintez etmək istəsək onun bir damcısında çox böyük miqdarda molekul olacaq.
Deməli, biz bir maddə əldə etmək üçün çoxlu sayda atomlardan istifadə
etməliyik. Lakin biz atomları saya bilmərik. Amma istifadə edəcəyimiz
elementlərin maddədəki nisbəti eyni qalmalıdır. Odur ki, daha sadə olsun
deyə biz maddələrin kütlə nisbətlərindən istifadə etməliyik. Suda oksigenin
hidrogenə kütlə nisbəti 8:1 kimidir. Oksigen elementinin hidrogenə kütlə
nisbəti isə 16:1 -ə bərabərdir. Oksigenin bir atomunun kütləsi 2,6567*10-23q,
hidrogeninki isə 1,6735*10-24 q-dır. Bu ədədlərin misilləri də
hesablamalar üçün əlverişli deyil. Odur ki, hesablama üçün elementin nisbi
atom kütləsinə qiymətcə bərabər gələn qramlarla kütləsindən istifadə olunur.
Aydındır ki, bu halda kütlə nisbərləri
(16q:1q) dəyişmədiyi üçün atomların say nisbətləri də dəyişməyəcək (1:1).
Amma alınan ədəd nisbi atom kütləsi ilə elementin kütləsi arasında əlaqə
yaradan bir sabit olacaq. Belə ki, 16q-ı oksigen atomunun kütləsinə
(2,6567*10-23q) bölsək bu kütlədə 6,02*1023 ədəd
atomun olduğu məlum olar. Bu ədəd italyan alimi Avoqadronun şərəfinə
Avoqadro sabiti adlandırılıb.
Avoqadro sabitinə əsasən maddə miqdarı
təyin olunur. Maddə miqdarının vahidi moldur. Mol - 12 q C12
izotopundakı karbon atomlarının sayı qədər hissəcikləri (atom, molekul, ion)
olan maddə miqdarıdır.
1 mol maddədə 6,02*1023
sayda hissəcik olur.
1 mol suda 1 mol oksigen atomu və
2 mol hidrogen atomu vardır.
Maddə miqdarı
ν (nü) hərfi ilə işarə olunur.
Maddə
miqdarı maddənin hissəciklərinin sayının Avoqadro ədədinə, verilmiş
kütləsinini molyar kütləyə və ya maddənin tutduğu həcmin molyar həcmə
nisbəti ilə təyin oluna bilir.
[Əvvəlki səhifə]