Bir-birində kiçik hissəciklər şəklində paylanmış iki və ya daha çox maddədən ibarət olan sistemlər dispers sistemlər adlanır. "Dispers" latın sözü olub "səpələnmə", "xırdalanma" mənasını daşıyır. Sistemin asılı olmayan tərkib hissəsini təşkil edən fərdi maddələrə komponent deyilir. Dispers sistemdə kiçik hissəciklər halında paylanmış komponent dispers faza, içərisində dispers faza paylanmış komponent isə dispers mühit adlanır.
    Dispers mühit qaz, maye və ya bərk halda ola bilər. Dispers faza da həmçinin üç aqreqat halında ola bildiyindən dispers sistemlərin 9 mövcud olma forması mümkündür.
   Həll olmuş maddənin hissəciklərinin ölçüsünə görə dispers sistemlər iki yerə bölünür:
    İridispers sistemlər:
    Asılqanlar
    Zəifdispers sistemlər:
    Kolloid məhlullar
    Həqiqi məhlullar
   İki və ya daha artıq hissəcikdən təşkil olunmuş birfazalı sistem məhlul adlanır. Məhlul homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent "həlledici" adlanır. Məhlulun eyni aqreqat halına malik komponentlərdən əmələ gəlməsi zamanı isə miqdarca çoxluq təşkil edən komponent "həlledici" hesab olunur.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png