Dispers mühitdə paylanan maddə
hissəciklərinin ölçüsü 1-100 nm həddində olan dispers sistemlərə kolloid
məhlullar və ya zollar deyilir. Kolloid və ya yapışqanabənzər adı 1862-ci
ildə Qrem tərəfindən təklif edilmişdir. Kolloid məhlulların hissəciklərini
ultramikroskop altında görmək mümkündür.
Kolloid məhlullar liofob (hidrofob) və
liofil (hidrofil) olmaqla iki qrupa ayrılır. Liofob kolloid məhlullarda
dispers mühit ilə dispers faza arasında qarşılıqlı təsir (solvatlaşma) ya
heç olmur, ya da çox zəif olur. Göstərilən qarşılıqlı təsir güclü olduqda,
kolloid məhlul liofil adlanır.
Kolloid məhlullar təbiətdə çox geniş
yayılmışdır. Canlı orqanizmlərin protoplazması kolloid sistemdir. Onda
molekulları suyu möhkəm saxlayan müxtəlif liofil maddələr (zülallar,
qlikogen və s.) olur.
Hər hansı bir səbəbdən kolloidin
quruluşu dəyişdikdə, onun tərkibində olan suyun bir hissəsi ayrılaraq çıxır.
Bu hadisə siperzis adlanır. Məsələn, qanın laxtalanması.
Kolloid məhlullar kinetik davamlılığa
görə asılqanlardan daha sabit, həqiqi məhlullardan isə davamsızdır. Bu
məhlullar, həmçinin, aqreqativ cəhətdəndə az davamlıdır.
Kolloid məhlulların davamlılığını
onlara stabilizatorlar əlavə etməklə artırmaq olar.
[Əvvəlki səhifə]