Həll olmuş maddə hissəciklərinin ölçüsü
1 nm-dən kiçik olan dispers sistemlərə həqiqi və ya molekulyar məhlullar (yaxud
sadəcə məhlullar) deyilir. Belə məhlullarda həll olmuş maddə həlledicinin
molekulları arasında molekul və ya ionlar şəklində paylanır.
İki və ya daha artıq komponentdən
təşkil olunmuş birfazalı sistem məhlul adlanır. Məhlullar homogn sistemdir.
Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində
molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat
halını dəyişməyən komponent həlledici hesab olunur. Məhlullar eyni aqreqat
halına malik komponentlərdən əmələ gəldikdə isə miqdarca çoxluq təşkil edən
komponent həlledici hesab olunur.
Aqreqat halına görə məhlullar qaz, maye
və bərk olurlar.
Qazlarda molekullararası qarşılıqlı
təsir son dərəcə az olduğundan adi təzyiqlərdə onlar bir-birndə qeyri-məhdud
şəkildə həll olur. Sıxılmış qazlar mayeni və hətta bərk maddəni həll edir.
Bərk məhlul bir maddənin kristal
şəbəkəsində onun kristal quruluşunu dəyişdirmədən başqa bir və ya bir neçə
maddə atomlarının və ya ionlarının müəyyən qayda üzrə paylanması nəticəsində
əmələ gəlir.
Bütün məhlul növləri içərisində maye
məhlullar (xüsusən sulu məhlullar) daha geniş yayılmışdır.
Qazların suda həll olma qabiliyyəti
müxtəlifdir. Bu və ya digər qazla təmasda olan maye onun bir hissəsini
özündə həll edir. Temperaturun atrması qazların mayelərdə həll olmasına bir
qayda olaraq, mənfi, təzyiqin artması isə müsbət təsir göstərir.
Mayelərin bir-birində həll olması
onların təbiətindən asılıdır. Su və spirtin qarşılıqlı həll olması onların
molekulları arasında hidrogen rabitəsinin əmələ gəlməsi ilə əlaqədardır.
Bəzi mayelər isə bir-birində çox zəif
həll olur: su və efir. Üçüncü qrup mayelər arasında qarşılıqlı həllolma
praktiki surətdə getmir: su və kerosin.
Mayelərin qarşılıqlı həll olmasına
temperatur, adətən müsbət təsir göstərir. Temperaturun artması ilə həllolma
artdığı üçün müəyyən yüksək temperaturda mayelərin tam qarşılıqlı həll
olması baş verir. Bu temperatur həmin mayelərin bir-birində həll olmasının
böhran temperaturu adlanır.
Təzyiq mayelərin bir-birində həll
olmasına çox zəif təsir göstərir.
Bərk maddələrin mayelərdə həll olmasına
temperatur müxtəlif cür təsir göstərir. Həllolma istilik udulması ilə
getdikdə, temperaturun artması həll olmanı sürətləndirir və əksinə.
Tempereturun 10C artması
nəticəsində həll olmanın faizlə atrması və ya azalması həll olmanın
temperatur əmsalı adlanır.
Bərk maddələrin mayelərdə həll olmasına
təzyiq çox zəif təsir göstərir. Bərk maddənin doymuş məhulda həll olması
zamanı həcmin artması baş verrirsə, təzyiqin artması həll olmanı azaldır.
Nəticədə həll olan maddə məhlulda çokür.
Maddələrin həllolma qabiliyyəti
həllolma əmsalı ilə xarakterizə olunur.
Müəyyən temperaturda 1000 ml
həlledicidə maksimum həll olmuş maddənin qramlarla miqdarına həllolma əmsalı
deyilir. Vahidi q/l-dir.
Maddənin bir molunun həllolması
prosesində ayrılan və ya sərf edilən istilik miqdarına həllolma istiliyi
deyiliir.
[Əvvəlki səhifə]