Hissəciklərinin ölçüsü 100 nm-dən (1 nm =10-9 m) böyük olan dispers sistemlər asılqanlar adlanır. Əgər dispers mühit maye, dispers faza isə həll olmayan bərk maddə hissəcikləri olarsa belə sistem suspenziya adlanır.
    Suspenziyanın dispers fazası filtrləmə və ya onun bir yerdə sakit saxlanılması zamanı ayrılır. Suspenziyanın dispers fazasının belə ayrılmasına sedimentasiya deyilir. Hissəciklər iri olduqca onların ayrılması da sürətlə gedir.
    Suspenziyalar kənd təsərrüfatında insektisid və fungisid kimi (kükürd, arsen, mis və s. birləşmələrin suspenziyaları), tikintidə tikinti vasitələri kimi (sement, gil, boyalar), əczaçılıqda istifdə edilir.
    Əgər dispers sistemdə həm dispers faza, həm də dispers mühiti bir-birində həll olmayan mayelər təşkil edirsə, o emulsiya adlanır.
    Süd emulsiyaya misal ola bilər. Əczaçılıqda bir çox dərman preparatları emulsiya şəklindədir.
    Sentrifuqalama, elektrolit sahəsinin təsiri, müəyyən elektrolit və qeyri-elektrolitlərin daxil edilməsi emulsiyanın dağılmasını sürətləndirə bilər.
    Ümumiyyətlə, dispers sistemlər öz davamlılıqları ilə xarakterizə oluna bilirlər. Davamlılıq kinetik və aqreqativ olmaqla iki növə bölünür. Kinetik davamlılıq dispers sistem hissəciklərinin məxsusi istilik hərəkəti ilə əlaqədardır. "braun hərəkəti" adlanan bu nizamsız hərəkətin intensivliyi hissəciklərin ölçüsü kiçik, mühitin qatılığı (özlülüyü) az, temperaturu yüksək olduqca artır.
    Dispers sistemin aqreqativ davamlılığı dispers faza hissəciklərinin bir-birilə toqquşması zamanı birləşərək iriləşməsi ilə əlaqədardır. Aqreqativ davamlılıq olmadığı halda dispers faza hissəcikləri bir-biri ilə birləşərək, daha iri hissəciklərə çevrilir və sistemdən ayrılır. Buna koaqulyasıya deyilir. Deməli, öz aqreqativ davamlılığını itirmiş sistem, həmçinin kinetik davamlılığa da malik olmur.
    Emulsiya və suspenziyalar həm aqreqativ, həm də kinetik davamlılığa malik deyillər. Onlar saxlanıldıqda sistemdən ayrılırlar. Odur ki, onların davamlılığını artırmaq üçün onlara stabilizatorlar (elektrolitlər və səthi-aktiv maddələr) daxil edilir. Emulsiyaya daxil edilən, ona hissəciklərin səthində adsorbsiya olunaraq, aqreqativ davamlılıq verən stabilizatorlara emulqatorlar da deyilir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png