Atomun ilk modelini C.Tomson 1904-cü
ildə irəli sürmüşdür. Tomson modelində atoma həcmi boyu bərabər paylanmış
müsbət yüklərdən və elektronlardan ibarət olan bir sistem kimi baxılırdı.
Rezerford müxtəlif metallardan (qızıl,
platin, gümüş, mis) hazırlanmış nazik (təxminən 4*10-6 m)
lövhədən α-zərrəcikllərin paralele dəstəsini
buraxmış və onların metaldan keçərkən ilk istiqamətlərinin necə dəyişməsini
izləmişdir.
Təcrübədə
alımış nəticələrə əsasən Rezerford 1911-ci ildə atomun planetar modelini
təklif etmişdir. Bu modeldə atomun quruluşu Günəş sisteminin quruluşunu
xatırladır. Modelə əsasən atomun mərkəzində, planetlər sistemində günəş
olduğu kimi, müsbət yüklü nüvə yerləşir, onun ətrafında isə, planetlər günəş
ətrafında fırlandığı kimi, elektronlar müxtəli orbitlər üzrə fırlanır.
Atomun
demək olar ki, bütün kütləsi nüvədə toplanmışdır. Nüvənin radiusu atomun
radiusundan 105 dəfə kiçik olub, 10-15m tərtibindədir.
Bor
1913-cü ildə Rezerford modelinə və Plankın kvant nəzəriyyəsinə əsəslanaraq,
hidrogen atomu quruluşunun kvant nəzəriyyəsini işləyib hazırlamışdır.
Bor sübut
etdi ki, atomda yalnız müəyyən ciddi orbitlər mövcuddur. Elektronlar həmin
orbitlər üzrə hərəkət etdikdə enerji şüalandırmır. Bora görə şüalanma yalnız
elektronun bir orbitdən başqa orbitə keçməsi zamanı baş verir. Borun atom
quruluşu nəzəriyyəsinə dair işləri əsasən iki postulat şəklində məlumdur.
Borun
birinci postulatına əsasən elektron nüvə ətrafında enerji şüalandırmadan
yalnız hərəkət miqdarı momenti nh/2π -yə bərabər olan dairəvi orbitlər üzrə
hərəkət edə bilər.
Bor
tənliyi üzrə müəyyən edilmiş orbitlər stasionar və ya kvant orbitləri
adlanır. Lakin hər bir orbitdə elektrona müəyyən enerji müvafiq gəldiyindən,
onları energetik və ya kvant səviyyəsi adlandırmaq daha məqsədəuyğundur.
Stasionar halın hər birinə müəyyən enerji ( E1, E2,
... En) müvafiq gəlir. Bunlardan ən az enerji ehtiyatına müvafiq
gələn hal əsas və ya normal hal adlanır. Atom normal halda davamlı olur.
Borun
ikinci postulatına əsasən atomun çox həyəcanlı haldan az həyəcanlı və ya
normal hala keçidi zamanı müəyyən rəqs tezliyi ilə səciyyələnən işıq kvantı
şəklində enerji ayrılır.
Atom
quruluşunun Rezerford və Bor modellərində elektronun nüvə ətrafında dairəvi
orbit üzrə hərəkəti qəbul edilmişdir. Lakin atomun spektr xətlərinin
təbiətininin öyrənilməsi zamanı əldə edilən nəticələrə əsasən alman alimi
Zemmerfeld 1915-ci ildə müəyyən etmişdir ki, elektronlar nüvə ətrafında
yalnız müəyyən mümükün ellipsvari orbitlər üzrə də hərəkət edə bilər.
Mikroaləm
haqqındakı elmin müasir inkişaf səviyyəsi hərəkətdə olan hər bir hissəciyin
dalğa xassələrinə malik olduğunu göstərir. Müəyyən edilmişdir ki,
kristallardan keçərkən, elektron seli də rentgen şüaları kimi difraksiyaya
uğrayır. Elektronun dalğa-zərrəcik dualizmi öz riyazi ifadəsini Broyl
tənliyində tapmışdır: λ=h/mv. Sükunət halında olan elektron sonsuz böyük
dalğa uzunluğuna malikdir. Elektronun hərəkət sürəti artdıqca dalğa uzunluğu
azalır. Məsələn, elektronun hərəkəti (1000 km/san) təxminən 10-10m
dalğa uzunluğu ilə əlaqədardır. Elektronun dalğa təbiəti onun nüvəni əhatə
edən bütün hissələrdə ola bilməsini göstərir. Lakin bütün hissələrdə onun
ehtimalı eyni deyildir.
[Əvvəlki səhifə]