1911-ci ildə Soddi kimyəvi xassələri
eyni olan, lakin başqa xassələrinə, xüsusən özünün radioaktivliyinə görə
fərqlənən elementlərin mövcud olması imkanı haqqında fərziyyə söyləmişdi. Bu
elementləri dövri sistemdə eyni bir xanaya yerləşdirmək lazımdır. Soddi
onları izotoplar - yəni eyni bir xananı tutan adlandırmışdır.
Soddinin fərziyyəsi bir ildən sonra
C.Tomson tərəfindən neon ionlarının elektrik və maqnit sahəsindəki meylinə
görə kütləsi dəqiq ölçüldükdən sonra tam təsdiqini tapdı. Tomson aşkar etdi
ki, neon iki növ atomların qarışığından ibarətdir. Onların əksəriyyətinin
nisbi atom kütləsi 20-yə, cüzi bir qisminin nisbi atom kütləsi isə 22-yə
bərabərdir. Nəticədə qarışığın nisbi atom kütləsi 20,2-yə bərabər olur. Eyni
kimyəvi xassələrə malik olan atomlar kütlələrinə görə fərqlənirdi.
Eyni bir element atomlarının nüvəsində
eyni sayda proton olur, lakin bir-birindən neytronlarının sayı ilə
fərqlənirlər.
Nüvəsinin yükü eyni, kütlə ədədləri
müxtəlif olan eyni bir kimyəvi element atomlarına izotop deyilir.
Hər bir izotop iki kəmiyyətlə - kütlə
ədədi və sıra nömrəsi ilə xarakterizə olunur: 8O16,
8O17. Yuxarıdakı ədəd nisbi atom kütləsini, yaxud
atomun kütlə ədədini, aşağıdakı ədəd isə sıra nömrəsini yaxud nüvənin yükünü
göstərir.
İzotoplar davamlı ( 1H1,
1H2, 6C12, 8O16,
15P32, 27Co59) və radioaktiv (davamsız)
olurlar
Radioaktiv izotoplar təbii və süni olur.
İzotoplar bioloji və kimyəvi
tədqiqatlarda nişanlanmış atomlar kimi, radiasiya terapiyasında və
nümunələrin yaşını təyin etmək üçün tətbiq olunur.
[Əvvəlki səhifə]