Eyni şəraitdə (temperatur və təzyiq
eyni olduqda) müxtəlif qazların bərabər həcmlərində bərabər sayda molekul
olur.
Eyni şəraitdə bərabər sayda müxtəlif
qaz molekulları eyni həcm tutur. Normal şəraitdə (0 0C temperatur
və təxminən 0,1 MPa təzyiqdə) istənilən qazın və ya qaz qarışığının 1
molunun həcmi təqribən 22,4 l olur.
Qazların 1 molunun normal şəraitdəki (n.ş.)
həcmi molyar həcm adlanır və VM-lə işarə olunur.
Müxtəlif şəraitdə qazın molyar həcmi
onun verilmiş həcminin verilmiş maddə miqdarına nisbəti kimidir: VM=V/ν
Qazların
normal şəraitdəki sıxlığı onun molyar kütləsinin molyar həcmə nisbətinə
bərabərdir: ρ=M/VM
Eyni
həcmdə götürülmüş qazların sıxlıqları nisbəti, onların kütlələrinin
nisbətinə bərabərdir: ρ1/ρ2=m1/m2
Eyni həcmdə götürülmüş qazlardan birinin kütləsinin digərinin
kütləsinə nisbəti, onların molyar kütlələri nisbətinə nisbətinə bərbərdir: m1/m2=M1/M2
Bir qazın
molyar kütləsinin digər qazın molyar kütləsinə olan nisbəti, birinci qazın
ikinci qaza görə nisbi sıxlığı adlanır: D=M1/M2
Qazların
nisbi sıxlığı çox vaxt hidrogenə (M=2q/mol) və havaya (M=29q/mol) görə
hesablanır.
[Əvvəlki səhifə]