Zəif elektrolitlər əmələ gəməsilə duz ionlarının su ilə qarşılıqlı təsirinə duzların hidrolizi deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. Bunun nəticəsində ayrı-ayrı duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, əsasi və ya neytral olur.
    Duzlara,turşu ilə əsasın kimyəvi qarşılıqlı təsir məhsulu kimi baxılarsa, onlar əmələ gəlməsinə görə 4 qrupa bölünə bilər:
1. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz.
2. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz.
3. Zəif turşu və qüvvətli turşudan əmələ gələn duz.
4. Zəif turşu və zəif əsasdan əmələ gələn duz.
    Birinci qrup duzlar hidrolizə uğramır, çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər əmələ gəlmir. Həmçinin belə halda H2O↔H+ + OH¯ tarazlığı pozulmur. Buna əsasən qüvvətli turşu və qələvidən əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya malik olur.
    Yuxarıda göstərilən digər üç halda isə duzlar hidrolizə uğrayır. Çoxəsaslı turşulardan və ya çoxatomlu əsaslardan əmələ gələn duzların hidrolizi mərhələli gedir. Bu vaxt aralıq məhsul kimi ya turş duz, ya da əsasi duz əmələ gəlir.
    Zəif turşu və qüvvətli əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlulda sərbəst OH¯ ionları mövcud olur ki, bu da məhlula əsasi reaksiya aşılayır.
    Qüvvətli turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlulun reaksiyası turş olur ki, bu da orada sərbəst H+  ionlarının toplanması ilə əlaqədardır.
    Zəif turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzlar hidroliz etdikdə, sərbəst əsas və sərbəst turşu alınır. Bu halda məhlulun reaksiyası demək olar ki, neytral olur. Bu qrup duzlar, adətən tamamilə hidroliz edir.
    Temperatur duzların hidrolizinə müsbət təsir göstərir.
    Duzların hidrolizi dönən proses olduğundan, məhlulun durulaşdırılması hidrolizə həmçinin müsbət təsir göstərir.
    Duzların hidrolizinin kəmiyyət xarakteristikası hidroliz dərəcəsi ilə müəyyən edilir.
    Duzların hidroliz dərəcəsi duzun hidrolizə uğramış molekulları sayının (C1) məhlulda olan duz molekullarının ümumi sayına (C2) olan nisbəti ilə xarakterizə olunur və h ilə işarə edilir:
    h=C1/C2
    Beləliklə, hidroliz dərəcəsi suda həll olmuş duzun nə qədər hissəsinin hidrolizə uğradığını göstərir.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png