Təmiz su çox zəif dərəcədə də olsa elektrik cərəyanını keçirir. Bu, su molekullarının cüzi miqdarda da olsa ionlarına dissosiasiya etməsi ilə əlaqədardır:
    H2O ↔ H+ + OH¯
    Normal şəraitdə suyun dissosiasiya daracəsi 1,8*10-9 rəqəmi ilə xarakterizə olunur. Beləliklə, su çox zəif elektrolitdir, onun elektrolitik dissosiasiyasını təsvir etmək üçün kütlələrin təsiri qanunu tətbiq edilir:
    [H+] [OH¯] = K [H2O]2
    Burada K - suyun elektrolitik dissosiasiya sabitidir/
    Praktiki olaraq, [H2O] = const olduğundan:
    [H+] [OH¯] = KHOH
    KHOH - sabiti suyun ion hasili adlanır.
    Otaq temperaturunda suyun ion hasilinin qiyməti yuvarlaq şəkildə 10-14 -ə bərabər götürülür.
    Məhlulda hidrogen və hidroksil ionlarının qatılıqlarının nisbətindən asılı olaraq, mühit reaksiyası turş, əsasi və neytral ola bilər. Belə ki, həmin ionların qatılıqları bir-birinə bərabər olduqda, yəni [H+] = [OH¯] olduqda, mühit reaksiyası neytral olur. Həmin ionların birinin qatılığı digərininkinə nisbətən üstünlük təşkil etdikdə isə mühit reaksiyası turş  ([H+] > [OH¯]) və ya əsasi ([H+] < [OH¯]) olur.
    Suyun ion hasili 10-14 rəqəmi ilə xarakterizə olunur. Buradan hidrogen ionlarının qatılığı hidroksil ionlarının qatılığına bərabər olduqda, onun ədədi qiyməti
    [H+] = √10-14 = 10-7 olar.
    Danimarka alimi Syerensenin təklifi ilə (1909) H+ -nun qatılığı əvəzinə onun əks işarə ilə götürülmüş onluq loqarifmindən istifadə edilir. Bu kəmiyyət hidrogen göstəricisi adlanır və pH (pe-haş) ilə işarə olunur:
    pH = - lg [H+]
    buradan,
    pH = - lg 10-7 = 7 olar.
    Beləliklə, pH=7 olduqda mühit neytral, pH < 7 olduqda turş, pH > 7 olduqda isə mühit əsasi xassəli olur.
    Məhlullarda pH-ın qiyməti pH-metr adlanan xüsusi cihazlarda, həmçinin primitiv və təxmini olaraq, universal indikator kağızının köməyi ilə təyin edilə bilər.
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png