Suda həll olmayan bəzi əsasların rəngi müxtəlifdir. Məsələn: Cu(OH)2
- mavi, CuOH - sarı, Fe(OH)2 - yaşıl, Fe(OH)3
- qonur. Suda həll olmayan əsaslar indiqatorların rəngini dəyişmir.
Qələvilər adi şəraitdə ağ rəngli bərk maddələrdirlər. Bütün qələvilər sabun
kimi sürüşkəndir, suda həll olduqda rəngsiz məhlul əmələ gətirir.Qələvilər
indiqatorların rəngini dəyişir. Amfoter hidroksidlər suda pis həll olur.
1. Qələvi məhlulu indikatorların rəngini
dəyişdirir; bənövşəyi lakmusu göy, rəngsiz fenolftaleini isə moruğu
rəngə boyayır.
3. Qələvilər turşu oksidləri ilə qarşılıqlı təsirə
girirlər.
4. Qələvilər amfoter oksidlərlə qarşılıqlı təsirdə
olurlar.
5. Qələvilər suda həll olan duzlarla qarşılıqlı
təsirdə olub əksər hallarda yeni duz və həll olmayan əsas əmələ
gətirirlər. Bu haqda
əsasların alınması
bölməsində yazılıb.
6.Qələvilər amfoter xassəli metallarla (Be, Zn, Al
və s.) qarşılıqlı təsirdə olur.
2NaOH + Zn
→ Na2ZnO2 + H2
7. Qələvilər bəzi qeyri-metallarla qarşılıqlı
təsirdə olur.
2NaOH + Cl2
→ NaCl + NaClO + H2O
8. Qələvilərin yağlara təsirindən (
sabunlaşma)
sabun alınır.
9. Suda həll olmayan əsaslar, qələvilərdən fərqli
olaraq qızdırıldıqda suya və oksidə parçalanır. Bu haqda
oksidlərin alınması bölməsində yazılıb.
Ən davamsız əsaslar gümüş və civənin hidroksidləridir.
10. Amfoter hidroksidlər həm turşularla
həm də qələvilərlə duz əmələ gətirir. Məsələn:
Al(OH)3 + 3HCl
→ AlCl3 + 3H2O
Al(OH)3 + NaOH → Na[Al(OH)4]
Alüminium-hidroksidi natrium-hidroksidlə əritdikdə metaalüminat
əmələ gəlir:
Al(OH)3 + NaOH → 2H2O + NaAlO2