Adi şəraitdə oksidlər qaz (CO2,
NO, SO2), maye (SO3) və bərk (bütün əsasi, amfoter
oksidlər və bəzi turşu oksidləri - P2O5, SiO2)
maddələrdir. Oksidlər müxtəlif rənglərdə olur: CuO - qara, Cu2O -
qırmızı, CaO - ağ, HgO - sarı, Cr2O7 - yaşıl və s.
Amfoter oksidlər bir qayda olaraq suda həll olmur.
1. Əsasi oksidlər turşularla
qarşılıqlı təsirdə olub duz və su əmələ gətirirlər:
CuO + H2SO4
→ CuSO4 + H2O
2. Aktiv metalların (qələvi və qələvi-torpaq metalları)
oksidləri adi şəraitdə su ilə qarşılıqlı təsirdə olub qələvi əmələ gətirir:
Na2O + H2O
→ 2NaOH
3. Turşu oksidləri qələvilərlə qarşılıqlı təsirdə olub duz
və su əmələ gətirir:
SO3 + 2KOH
→ K2SO4 + H2O
4. Turşu oksidlərinin çoxu su ilə qarşılıqlı təsirdə olub
turşu əmələ gətirir:
SO3 + H2O
→ H2SO4
5. Az uçucu turşu oksidləri çox uçucu turşu oksidlərini
onların duzlarından sıxışdırıb çıxarır:
CaCO3 + SiO2
→CaSiO3 + CO2
6.Turşu və əsasi oksidlərin ümumi xassəsi onların bir-biri
ilə qarşılıqlı təsirdə olub du əmələ gətirməsidir:
CaO + CO2
→ CaCO3
7. Amfoter oksidlər su ilə bilavasitə birləşmir, lakin həm
turşu, həm də qələvilərlə qarşılıqlı təsirdə olur:
Al2O3 + 6HCl
→ 2AlCl3 + 3H2O
Al2O3 + 2NaOH
+ 3H2O
→ 2Na[Al(OH)4]
Alüminium oksidi qələvilərlə əritdikdə
metaalüminatlar əmələ gəlir. Reaksiya ilə
əsasların
xassələri bölməsində tanış olmaq olar.
8. Bəzi oksidlər qızdırıldıqda asanlıqla
parçalanır:
2HgO →
2Hg + O2; 2SO3 → 2SO2
+ O2
9. Oksidlər reduksiyaedicilərlə qarşılıqlı təsirdə olurlar:
SiO2 + 2Mg
→ Si + 2MgO; CO2 + C
→ 2CO
10. Bəzi turşu oksidləri müəyyən turşularla qarşılıqlı
təsirdə olurlar:
SO2 + 2HNO3
→ H2SO4 + 2NO2
11. Bəzi oksidlər oksigenlə qarşılıqlı təsirdə olur:
2SO2 + O2 → 2SO3;
2NO + O2 → 2NO2
[Əvvəlki səhifə]