Əsaslarla turşuların qarşılıqlı
təsirinə neytrallaşma reaksiyaları deyilir. Neytrallaşma reaksiyasının
mahiyyəti OH¯ və H+ ionlarının
qarşılıqlı təsiri nəticəsində az dissosiasiya edən suyun əmələ gəlməsindən
ibarətdir. Bu isə məhlulun pH-nı 7-yə yaxınlaşdırır.
HCl + KOH
→ KCl + H2O
H2SO4
+ 2NaOH → Na2SO4 + 2H2O
Turşu və
əsas arasında duz və suyun əmələ gəlməsilə gedən reaksiyalara neytrallaşma
reaksiyaları deyilir.
[Əvvəlki səhifə]