Oksidləri əsasən üç üsulla alırlar:
1. Bəsit maddələrin (xlor, brom, yod istisnadır) bilavasitə oksigenlə qarşılıqlı təsiri
    2Cu + O2 → 2CuO;   4P + 5O2 → 2P2O5
2. Mürəkkəb maddələrin yandırılması və oksigenlə qarşılıqlı təsiri
    CH4 + 2O2 → CO2 + 2H2O;     4NH3 + 5O2 → 4NO + 6H2O
3. Oksigenli birləşmələrin termiki parçalanması
a) duzların (karbonatlar, sulfatlar, nitratlar)
    CaCO3 → CaO + CO2
b) turşuların
    H2SiO3 → SiO2 + H2O
c) əsasların
    2Fe(OH)3 → Fe2O3 + 3H2O
    Oksidləri digər yollarla da almaq olar.
4.Oksidləri parçalamaqla
5. Oksidləri oksidləşdirməklə və reduksiya etməklə
6. Bir oksidin digərini duzlardan sıxışdırıb çıxarması ilə
    Axırıncı üç üsulla oksidlərin kimyəvi xassələri bölməsində tanış ola bilərsiniz.
7. Oksidləşdirici turşuların metallar və qeyri-metallarla qarşılıqlı təsirindən
    Cu + 4HNO3(qatı) → Cu(NO3)2 + 2NO2 + 2H2O
    C + 2H2SO4(qatı) → CO2 + 2SO2 + 2H2O
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png