Əsaslar aşağıdakı üsullarla alınır:
1. Aktiv metalların (Li, Na, K, Ca, Sr, Ba və s.) su ilə
qarşılıqlı təsirindən.
2Na + 2H2O
→ 2NaOH + H2;
Ca + 2H2O → Ca(OH)2
+ H2
2. Qələvi və qələvi torpaq
metalların (aktiv metallar) oksidlərinin su ilə qarşılıqlı təsirindən. Bu
reaksiyalarla oksidlərin kimyəvi xassələri
bölməsində tanış olmaq olar.
3. Metalların hidridlərinin
su ilə qarşılıqlı təsirindən.
NaH
+ H2O → NaOH + H2;
BaH2 + 2H2O →
Ba(OH)2 + 2H2
4. Sənayedə natrium-hidroksid,
kalium hidroksid kimi qələvilər NaCl və KCl duzlarının suda məhlullarının
elektrolizindən alınır.
2NaCl +
2H2O → 2NaOH + H2
+ Cl2
5. Suda həll olmayan əsasları
almaq üçün müvafiq metalın həll olan duzunun məhluluna qələvi əlavə edilir.
CuCl2
+ 2NaOH → Cu(OH)2 + NaCl
Bu üsulla həll olan əsaslar
reaksiya nəticəsində həll olmayan duz əmələ gəldikdə alına bilər:
Na2CO3
+ Ca(OH)2 → CaCO3 + 2NaOH
[Əvvəlki səhifə]