Kimyəvi rabitənin əmələ gəlməsinə qarşılıqlı təsirdə olan element atomlarında elektron buludlarının qapanmasının nəticəsi kimi baxılır. Belə qapanma zamanı atomların nüvələri arasındakı hissədə elektron buludunun sıxlığı artır.
    Molekulda elektron buludlarının qapanmasının qarşılıqlı təsirdə olan atomların nüvələrini birləşdirən düz xəttə görə simmetriyasından asılı olaraq, ikielektronlu kimyəvi rabitələr σ- və π- rabitələrə bölünür.
    Molekulda elektron buludlarının qapanması atomların nüvələrini birləşdirən düz xəttə tamamilə simmetrik olduqda əmələ gələn rabitə σ-rabitə adlanır.
    Molekulda elektron buludlarının qapanması iki atomun nüvələrini birləşdirən düz xəttə simmetrik deyilsə, və ona perpendikulyar olan müstəvi üzrə baş verirsə, əmələ gələn rabitə π-rabitə adlanır.
    s- elektronlar yalnız σ-rabitə əmələ gətirdiyi halda, p- və d- elektronlar öz aralarında həm σ- və həm də π-rabitə əmələ gətirə bilər. Belə ki, p- elektron buludları ucdan qapandıqda, siqma, yanlardan qapandıqda isə pi, yaxud d- elektron buludları bir "ləçəyi"nin vasitəsilə qapandıqda siqma, eyni vaxtda iki "ləçəyi"nin vasitəsilə qapandıqda pi rabitə əmələ gətirir.
    d- elektron buludu özünün mürəkkəb forması ilə əlaqədar olaraq, σ- və π- rabitələrdən başqa δ-rabitə də əmələ gətirir. δ-rabitə d- elektron buludlarının hər dörd "ləçəyi"nin qapanması nəticəsində əmələ gəlir. δ-rabitə atomlar arasında üçqat rabitədən artıq rabitə olduqda meydana çıxır.
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png