Qarışıqlardan maddələrin ayrılması
müxtəlif üsullarla aparılır.
Homogen qarışıqlardan maddələr
aşağıdakı üsullarla ayrılır:
1. Buxarlandırma üsulu məhlulda, əsasən, bərk maddə həll
olmuş halda olduqda istifadə edilir; xörək duzunu sudan ayırdıqda.
2. Kristallaşdırma üsulu, əsasən, maddələrin
təmizlənməsində istifadə edilir və maddənin həll olmasının temperaturdan
asılılığına əsaslanır. Bu üsulda qarışığı suda həll etdikdən sonra məhlulun
suyu qismən buxarlandırılır və alınan yeni qatı məhlul soyudulduqda
təmizlənən maddə kristallar şəklində çökür; şəkərin təmizlənməsi.
3. Distillə üsulu, əsasən, bir-birində həll olmuş maye
maddələrin qaynama temperaturunun müxtəlifliyinə əsaslanır: su ilə spirt
qarışığının ayrılması.
4. Xromotoqrafiya üsulu qarışığı təşkil edən ayrı-ayrı
maddələrin digər maddənin (kömürün) səthində müxtəlif sürətlə udulmasına
əsaslanır.
Heterogen qarışıqların ayrılması:
1. Durultma üsulu
a) müxtəlif sıxlıqlı və suda həll olmayan maddələrdən
əmələ gəlmiş qarışıqların ayrılmasında: dəmir tozu və oduncaq kəpəyi kimi;
b) suda müxtəlif sürətlə çökən maddələrdən əmələ gəlmiş
qarışıqların ayrılmasında: qum və gil kimi;
c) müxtəlif sıxlıqlı və bir-birində az həll olan
maddələrdən əmələ gəlmiş qarışıqların ayrılmasında istifadə olunur: neftlə
su kimi.
2. Süzmə üsulu suda həll olan və həll olmayan maddələrdən
əmələ gəlmiş qarışıqların ayrılmasında istifadə edilir; xörk duzu və qum
kimi.
3. Maqnitlə təsir etmə üsulu maqnitləşmə qabiliyyəti olan
maddələrin digər maddələrlə qarışığından ayrılmasında istifadə edilir; dəmir
və kükürd tozu kimi.
[Əvvəlki səhifə]